Tanınmış müğənninin oğlunun VƏZİYYƏTİ AĞIRDIR: kəllə sümüyü çıxarıldı

Meyxanaçı-müğənni Samirə Yusifqızının oğlunun başına iş gəlib.
Publika.az-ın məlumatına görə, ifaçı bu barədə “Show time” verilişində deyib. O bildirib ki, 30 yaşlı oğlunun vəziyyəti ağırdır:
“Hovuza tullananmaq istəyəndə onu itələmişdilər, başı dəymişdi, qapalı kəllə-beyin travması almışdı. Kəllə sümüyü çıxarıldı. İki aydan sonra yenidən əməliyyat olunacaq. Kəllə sümüyü yerinə qoyulacaq. Əməliyyat üçün maddi baxımdan heç kimə müraciət etməmişəm. Bunu özümə sığışdıra bilmirəm”.