Silah anbarında partlayış - ERMƏNİSTANDA
28-09-2017 10:24

Ermənistanda silah anbarında partlayış baş verib.
"Report" “Jogovurd” qəzetinə istinadən xəbər verir ki, hadisə Nubaraşendə yerləşən hərbi hissədə qeydə alınıb.
Qəzetin yazdığına görə, partlayış bir neçə gün əvvəl baş verib. Həlak olan və zərər çəkənlər yoxdur.
"Nə üçün və hansı şəraitdə partlayış baş verib? Doğrudanmı bunu bilərəkdən törədiblər? Bu barədə açıqlama verilməsi üçün Ermənistan müdafiə nazirliyinə müraciət edilib. Cavabında isə ER MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, yangın baş verib. “Heç bir hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Ayrıntıları araşdırılır, xidməti araşdırma aparılır.”- deyə Ovanisyan bildirib.