Putinin kritik Türkiyə səfəri başlayır
28-09-2017 09:42

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-i Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya KİV-i xəbər verir.
Məlumata əsasən, Putin və Ərdoğanın görüşü zamanı Suriyada Rusiya, Türkiyə və İranın birgə qərarı ilə yaradılan münaqişəsiz bölgələrdəki vəziyyəti, Türkiyənin Rusiyadan aldığı “S-400” raket kompleksinin tədarükü, İraqın şimalında keçiriləcək “referendum”, ikitərəfli iqtisadi-ticarət əlaqələr müzakirə ediləcək.
Tərəflər görüş zamanı, həmçinin “Türk axını” və “Akkuyu” Atom elektrik Stansiyasının tikintisinə dair fikir mübadiləsi aparacaqlar.