Tramp İspaniya prezidentini tanımırmış - FOTO
28-09-2017 09:39

ABŞ prezidenti Donald Tramp İspaniyanın baş nazırı Mariano Rahoyla görüşdən sonra tvitter hesabındakı paylaşımı ilə gündəm olub.
Donald Tramp mətbuat konfransı zamanı Mariano Rahoyu prezident kimi təqdim edib. İspaniyanın baş naziri prezident kimi təqdim edilməsinə təəccüblənib.
Danışıqlardan sonra Tramp həmişəki kimi sosial şəbəkədə paylaşım edərək təəssüratlarını bölüşüb. O, İspaniyanın baş nazirini prezident kimi təqdim edərək, “Mənim üçün İspaniya prezidenti Mariano Rahoyu qəbul etmək şərəfdir. Bizim yanımızda olduğunuz üçün təşəkkür edirəm”, - deyə tvit atıb.
Amerika KİV-i məsələ ilə bağlı açıqlamasında, yanlışlığın Ağ Ev əməkdaşları tərəfindən yaradıldığını bildiriblər.