Ölkədən qaçan sabiq baş nazir DUBAYDA GİZLƏNİB
28-09-2017 09:17

Taylandda 5 il azadlıqdan məhrum edilmiş sabiq baş nazir Yinqlak Çinavatın Dubayda gizlənməsi məlum olub. Bu barədə baş nazir Prayut Çan-oça brifinqdə xəbər verib.
Baş nazir deyib: "Bundan sonrakı işlər üçün artıq polis işlərini Xarici İşlər Nazirliyi və İnterpolla bir yerdə quracaq".
Qeyd edək ki, keçmiş baş nazirin barəsində vəzifə səlahiyyətlərinin yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə cinayət işi açılıb. O, gizli yolla ölkəni tərk edib.