Avtobus dayanacağında vurulan fotoqraf vəfat etdi - 4 AY KOMADAN SONRA

4 ay bundan öncə dayanacaqda avtobus gözləyərkən yüksək sürətlə hərəkət edən  Nissan Qaşqay avtomobili tərəfindən vurulan Azər Qəmzəyev vəfat edib.
Mərkəzi Klinikanın reanimasiya şöbəsində uzun müddət süni koma vəziyyətində saxlanılsa da, müalicələrə reaksiya verməyib. 4 ay komada qaldıqdan sonra dünyasını dəyişib.
Xatırladaq ki, Azər Qəmzəyev fotoqrafdır. Onun müalicə xərcləri üçün xeyriyyə aksiyaları keçirilirdi.