Gözətçi iş yerində qəflətən vəfat etdi - LƏNKƏRANDA
27-09-2017 09:47

Lənkəranda iş yerində ölüm hadisəsi baş verib.
Şəhərdəki 4 saylı ATS-də gözətçi işləyən Şağolaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbi oğlu Şirəliyev bu gün səhər saatlarında qəfildən yıxılıb. Hadisə yerinə gələnlər onun öldüyünü görüblər.
E. Şirəliyevin ölüm səbəbi ekspertizadan sonra məlum olacaq. Fakt araşdırılır./apa