Suriyada Rusiya helikopteri vurulub
27-09-2017 09:37

Hadisənin Hama əyalətində qeydə alınıb
Suriya ərazisində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus vertolyot vurulub.
Bu barədə qondarma Azad Suriya Ordusuna aid olan "Ceyş-əl-İzza" qruplaşmasının yaraqlıları məlumat yayıblar.
İddiaya görə, vertolyot Hama əyalətinin şimalında Amerika istehsalı olan "Tow" tank əleyhinə raket kompleksi ilə vurulub.
Məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb./report