Bu il Azərbaycanda qış sərt keçəcək - XƏBƏRDARLIQ
26-09-2017 23:11

Bu il Azərbaycanda qış əvvəlki illərlə müqayisədə sərt keçəcək.
Muxalifet.az bildirir ki, bunu yerli KİV-ə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.
T.Zeynalov qış mövsümündə havaların şaxtalı olacağını deyib: "İndidən sərt qışa hazır olmalıyıq. Ötən il oktyabrın 20-dən sonra paltoya keçmişdik. Bu il daha tez qış geyimlərinə keçiləcək. Ötən qışda Bakıda, rayonların bəzilərində qar bir qədər az yağmışdı. Cari mövsümdə bunun əski müşahidə olunacaq. Qar daha çox yağacaq, havalar şaxtalı olacaq. İllər ötdükcə buzlaşma hiss olunacaq, havalar tədricən soyuyacaq".