​ATV-də işdən qovulan aparıcı Azər Zahid ölkəni tərk etdi

ATV telekanalında baş verən proseslərdən sonra aparıcı Azər Zahid də işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, telekanalın yeni prezidenti APA-ya açıqlamasında “Yoxlama” verilişinin fəaliyyətinin dayandırıldığını və Azər Zahidin xidmətlərinə heç bir ehtiyacı olmadığını bildirib.
Məsələ ilə bağlı aparıcı ilə əlaqə saxladıq. Lakin o təyyarədə olduğunu və bu haqda danışa bilməyəcəyini bildirdi.