İraqdan "Kürdüstan"a 3 gün vaxt verildi
26-09-2017 21:17

Sərhəd-keçid məntəqələri 3 gün ərzində İraq hökumətinin nəzarətinə verilməzsə, "Kürdüstan"la hava yolu əlaqələrini dayandıracağıq.
Bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.
“Referendumun İraqa və "Kürdüstan"a mənfi nəticələri olacaq. Bu, təktərəfli addım idi. Beynəlxalq birliyin tövsiyəsi heçə sayıldı. İraqın suverenliyini və birliyini əsla güzəştə getməyəcəyik. Referendumun nəticələri ilə bağlı müzakirələr aparmayacağıq”, - Abadi bildirib./axar.az