Biləsuvarda 56 yaşlı qadın özünü asdı – 3 UŞAQ ANASI OLUB...
26-09-2017 13:58

Bu gün Biləsuvar şəhərinin Ç.İldırım küçəsindəki evlərdən birində intihar hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 56 yaşlı Əzimova Safurə Əhmədxan qızı özünü həyətdəki talvardan asaraq intihar edib.
Safurə Əzimova 3 uşaq anası olub. Məlumata görə, uzun müddət imiş ki, ailədə münaqişə yaşanırımış. Hətta bu münaqişələrə görə Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılırmış.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.