​​8-ci sinif şagirdini İLAN VURDU

​İmişlinin Oruclu kəndində 8-ci sinif şagirdi Amil Həsənlini ilan vurub.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, Oruclu tam orta məktəbinin 8-ci sinif şagirdi Amil Həsənli dərsdən çıxıb evə gedərkən onu qəflətən ilan sancıb. O, axşam saatlarında İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevin Publika.az-a verdiyi məlumata görə, Amil Həsənli dünən xəstəxaya yerləşdirilib:
"Dərhal müdaxilə edilərək vaksin vurulub. Uşağın vəziyyəti normal olub. Onu Bakıya, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərmişik".