Ağ Evdən kürdlərin referendumuna İKİBAŞLI MÜNASİBƏT

ABŞ İraqın kürd muxtariyyətinin keçirdiyi referenduma münasibət bildirib.
 
TASS agentliyi xəbər verir ki, Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi brifinqdə referendumla bağlı sualı cavablandırıb. O deyib:
 
"ABŞ İŞİD-i məhv edəcək və İranın siyasətinə qarşı duracaq vahid İraqın tərəfdarıdır".
Qeyd edək ki, Tramp administrasiyası hələ sentyabrın 13-də "indi referendum üçün münasib vaxt olmadığını" açıqlamıdı: "Hazırda İŞİD-lə mübarizəyə konsentrasiya olmaq lazımdır"(teleqraf.com).