İraq Kürdüstanındakı referendumda “seçici fəallığı” 78 faiz təşkil edib

Sentyabrın 25-də İraq Kürdüstanında keçirilən referendumunda seçici fəallığı məlum olub.
 
“RTE”-nin verdiyi xəbərə görə, referendumda 3 305 925 nəfər səs verib.
 Beləliklə, seçici fəallığı 78 faizə yaxın olub. Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.
 Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib.