Turist avtobusu yük maşını ilə toqquşdu: 6 nəfər ölüb, 20 yaralı var
26-09-2017 06:03

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.
TASS agentliyinin verdiyi xəbərə görə, M-4 “Don” avtomagistralında turist avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan yük maşınına çırpılıb.
Nəticədə 6 nəfər hadisə yerində ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Avtobusun Adler kurortundan Nijni Novqorod şəhərinə yollandığı məlum olub. Qəzanın səbəbləri müəyyənləşdirilir.