"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

Sobralın vəziyyəti son vaxtlar kəskin pisləşib
 
Ukraynada keçirilən sonuncu "Eurovision" mahnı müsabiqəsinin qalibi Sobrala yeni ürək köçürüləcək.
Portuqaliyalı müğənni ölkəsindəki xəstəxanalardan birində əməliyyat olunacaq.
Onun vəziyyəti son vaxtlar kəskin pisləşib və 27 yaşlı müğənni reanimasiya şöbəsinə yerləşdirilib.
Musiqiçi bundan əvvəl anadangəlmə ürək qüsuru ilə əlaqədar sağlamlığında problemlərin yarandığını bəyan edib.