"Tramp bəşəriyyət üçün təhlükəlidir" – Boliviyanın prezidenti
26-09-2017 05:44

Boliviya prezidenti bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb
Boliviya prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı Yer kürəsi və bəşəriyyət üçü ən pis təhlükə adlandırıb.
Bu barədə o, "Twitter" mikrobloqunda yazıb.
"ABŞ yeni qanunsuz sanksiyaları ilə Venesuelada dialoqu boykot etmək istəyir. Tramp Yer kürəsi və bəşəriyyət üçün ən pis təhlükədir", - deyə prezident qeyd edib.
Bundan əvvəl Tramp bir sıra ölkələrin sakinləri üçün, xüsusilə də ölkəyə girişlə bağlı növbəti məhdudiyyətlərin tətbiq edildiyini bəyan edib. Venesuela, KXDR və Çad vətəndaşları üçün məhdudiyyət oktyabrın 18-dən qüvvəyə minir.