1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

Azərbaycan islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin olunmayacaq.
 
Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir.
49.4-cü maddəyə əsasən, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.
Cinayət Məcəlləsindəki dəyişiklik layihəsi Milli Məclisin deputatlarının müzakirəsinə verilib.