Həbsxanada qiyam - Ölən və yaralananlar var
25-09-2017 09:04

ABŞ-da həbsxanada qiyam baş verib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, insident Kaliforniya ştatında qeydə alınıb.
İnsident nəticəsində azı 1 dustaq ölüb, 9-u xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.