Maşını partladılan "nazir" danışdı - "Ukrayna terrorçular ölkəsidir..."

Ukrayna hakimiyyəti İŞİD-in metodlarından istifadə edir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Donetsk separatçılarının "vergilər naziri" Aleksandr Timofeyev deyib.-
“Ukraynanın hərəkətləri barədə danışmaq hərdən çox çətin olur. Terror yolunu tutan hər kəs özü terrorçuya çevrilir. Hazırda Ukrayna terrorçular ölkəsidir. Onların müharibə aparmaq qaydaları – diversiya, zəhərləmə cəhdləri, partlayış – İŞİD-lə eynidir”, - Timofeyev bildirib.
Qeyd edək ki, bir müddət əvvəl qondarma Donetsk Xalq Respublikasının mərkəzi Donetsk şəhərində baş verən güclü partlayışın əsas hədəfi olaraq Aleksandr Timofeyev göstərilmişdi. Onun yaralandığı bildirilirdi.