Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb
25-09-2017 06:49

ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.
Bu barədə “The Wall Street Journal” məlumat verib.
Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən yer alır.
Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.