Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb - FOTO

O, tanışının evində olub
 
Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.
Rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.
Tanışının evində olan qadın ailəsinə təhvil verilib.
Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.