Məmmədyarov bu gün erməni nazirlə görüşəcək
23-09-2017 11:11
Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçiriləcək.
Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirak edəcəyi gözlənilir.
Ötən gün Nalbandyan “Amerikanın Səsi”nə müsahibəsində Məmmədyarovla görüşəcəyini təsdiqləyib.
“Bəli, belə bir görüş ayın 23-də nəzərdə tutulub. Gündəlikdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili, həmçinin həmsədrlərin regiona səfərinin qrafikinin müzakirəsi var”.