“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
 
Turun açılış matçı paytaxtda baş tutub.
Son ölkə çempionu “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç 4-1 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə bitib.
Qollar: Pedro Enrike, 56, Riçard Almeyda, 62 (pen.), Mahir Mədətov, 65, 73 - Bəxtiyar Həsənalızadə, 7
Qırmızı vərəqə: Miçel, 88 ("Qarabağ")