Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı
22-09-2017 21:39

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından vaxtından əvvəl çıxışı haqqında şayiələri təkzib edib.
“Röyters” agentliyi xəbər verir ki, baş nazir Londonun qurumu planlaşdırılan tarixdə - 2019-cu ilin martında tərk edəcəyini bildirib.
Bundan başqa, o, Avropa İttifaqına təhlükəsizlik sahəsində yeni strateji müqaviləni bağlamağı təklif edib.
Qeyd edək ki, Böyük Britaniya 2019-cu il 29 mart tarixindən gec olmayaraq – Breksitin başlanmasından düz 2 il sonra Avropa İttifaqını tərk etməlidir. Krallığın ittifaqdan çıxışının şərtləri danışıqların növbəti raundu sentyabrın 25-də başlanacaq. London danışıqlarda Avropa İttifaqına qurumu tərk etdikdən sonra həyata keçirəcəyi xarici siyasət strategiyasını tədqim edəcək.