Ermənilər işğal altında olan ərazilərimizdə YANĞINLAR TÖRƏTDİ
22-09-2017 18:54

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.
APA-nın xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub. Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub.