Milli Məclisin qarşısında aksiya: “Düşməni dəvət edənlərə ar olsun!” – FOTO

Milli Məclisin qarşısında aksiya keçirilib.
Müsavat Məclisinin üzvü Raymonda Əliyevanın “Basta” ya verdiyi məlumata görə, bu gün Qarabağ Azadlıq Təşklilatının bir qrup üzvü Milli Məclisin qarşısında əllərində “Rədd olsun Ermənistan nümayəndələri!”, “Düşməni dəvət edənlərə ar olsun!”, “Ya Qarabağ, ya ölüm!” sözləri yazılmış plakatlarla aksiya keciriblər.
Məlumata görə, polis aksiya iştirakçılarına qarşi zor tətbiq edib, plakatları əllərindən alıb, o cümlədən Zəhranın şəklini də…Çəkiliş olan telefonlar əllərindən alınıb, çəkilişlər və şəkillər silinib.
“Basta” nın etibarlı mənbəsi bu şəkilləri çəkməyə müvəffəq olub.
Xatırladaq ki, bir qrup erməni deputat Milli Məclisdə keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak üçün Azərbaycana gəlib.
Onu da, əlavə edək ki, bu gün Azərbaycan Milli Məclisində Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətini təmsil edən deputatlar “Qarabağdan danışmayın” – fikrini də, səsləndiriblər.