QRU zabiti Qurban Qasımov Suriyada HƏLAK OLDU

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin kapitanı Qurban Qasımov Suriyada öldürülüb.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya mediası Qasımovun 2017-ci ilin avqustunda İŞİD-in minaatanlarla hücumu zamanı həlak olduğunu, lakin məlumatın indi yayıldığını yazıb.
Qeyd edək ki, Qasımov bundan öncə iki dəfə Suriyada əməliyyatlarda iştirak edib.
1986-cı il təvəllüdlü Qurban Qasımov Rostovda anadan olub, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstəsində xidmət edib.