Dağıstanda BOMBA HƏYƏCANI
22-09-2017 16:05

Mahaçqalada yerləşən Dağıstan hökumət binası partladıcı yerləşdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan zəngdən sonra təcili şəkildə təxliyə olunub.
Bu barədə TASS informasiya yayıb.
“Hazırda insanlar hökumət binasından qarşıdakı meydana təxliyə olunur. Əraziyə artıq polis, yanğınsöndürənlər və təcili tibbi yardım xidməti cəlb olunub”, - hadisənin şahidləri danışıb.
Dağıstan hökumət administrasiyası tərəfindən məlumat təsdiqlənib.