İŞİD-dən azad olan azərbaycanlıların qeydiyyatı aparılır - BQXK
22-09-2017 12:11

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İraqda İŞİD-dən azad olunmuş ərazilərdə qalan azərbaycanlılara baş çəkir.
Muxalifet.az xəbər verir ki, bu barədə publika.az-a BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
İ.Hüseynova qeyd edib ki, hazırda İŞİD-dən azad olunmuş ərazilərdə qalan azərbaycanlıların qeydiyyatı aparılır.
“Bizim mandatımızın bir hissəsi də ailə əlaqələrinin bərpa olunmasıdır. Amma orada nə qədər azərbaycanlının olduğu və son vəziyyətlə bağlı konkret cavab vermək mümkün deyil. Bu işi birbaşa BQXK-nin İraq nümayəndəliyi həyata keçirir. Həmçinin, orada təkcə azərbaycanlılar yox, müxtəlif millətlərin nümayəndələri var. Komitə bütün insanların taleyilə məşğuldur”, - deyə o bildirib.