Rusiya kütləvi qırğın silahı yayır - Tillerson
22-09-2017 10:52

Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı pozur və dünyada kütləvi qırğın silahlarının yayılmasına imkan yaradır.
Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ Dövlət katibi Reks Tillerson söyləyib. Onun sözlərinə görə, Rusiyanın bu addımları son dövrlər müəyyən dövlətlərin məsuliyyətinə cəlb edilməsinə maneə yaradıb:
“Moskva gizli nüvə proqramlarının araşdırılmasına maneə yaradır. Rusiya MAQATE-nin müstəqilliyini zəiflətmək istəyir”.