“26-lar”ı ziyarət edənlərin kimliyi bilindi

Bir neçə gün öncə kommunistlərin “26-lar”ın Suraxanı rayonunda yerləşən məzarlarını ziyarət etməsi sosial şəbəkələrdə, ictimaiyyətdə kəskin etirazlarla qarşılanıb. Həmin şəxslərin Kommunist Partiyasının üzvləri olduğu bilinsə də, Azərbaycanda bu adlı bir neçə partiya var.
Ziyarət fotolarında diqqətçəkən Ədalət Abdinov “Qafqazinfo”ya bildirib ki, onlar Hacı Hacıyevin rəhbərlik etdiyi Kommunist Partiyasının rüzvləri olublar: “Ədliyyə nazirliyin rəsmi sənədlərində 1920-ci ildəki Azərbaycan Kommunist Partiyasının varirisi Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsidir. Hazırda MİK-in sədri Hacı Hacıyevdir. AKP-nin digər qruplarının heç birinin dövlət qeydiyyatı yoxdur”.
Ziyarət fotoları ilə bərabər həmin fotoları müşayət edən açıqlama da ciddi müzakirələrə səbəb olub. Kommunistlər həmin açıqlamada “26-lar”ı xalq qəhrəmanı adlandırıblar.