“Ərdoğan artıq mənim dostumdur” – TRAMP
22-09-2017 09:23

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı dost adlandıraraq, ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə D.Tramp R.T.Ərdoğanla Nyu Yorkda keçirdiyi görüşdə bildirib.
“O artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir”, - deyə Tramp qeyd edib.
“Biz hazırda heç vaxt olmadığımız kimi yaxınıq”, - deyə Tramp əlavə edib.