40 yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb - BAKIDA
22-09-2017 09:07

Kişi ağır bədən xəsarətləri alıb
Bakının Nəsimi rayonunda orta yaşlı kişini evin damında cərayan vurub.
1977-ci il təvəllüdlü Mədətov Samir Əsrasif oğlu fərdi yaşayış evinin dam örtüyünün üzərində iş görən zaman onu elektrik cərəyanı vurub.
S.Mədətov cərəyanın təsirindən yerə yıxılıb. O, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir./report