Avrasiya materiki parçalanacaq, yeni okean yaranacaq
21-09-2017 18:32

Avrasiya 20 milyon il sonra iki hissəyə parçalanacaq.
Axar.az xəbər verir ki, bu iddia ilə Rusiya alimləri "Qondvana Risöç" jurnalında çıxış ediblər. Onların iddiasına görə, parçalanma Baykal gölü vasitəsilə olacaq. Alimlər parçalanmadan sonra Baykal gölü ərazisində yeni okean yaranacağını qeyd ediblər.
Qeyd edək ki, Baykal gölü ekoloji fəlakətlə üz-üzə qalıb. Rusiya alimləri tədbir görülməyəcəyi təqdirdə bu gölün Aral dənizi kimi quruyacağını bildiriblər.