28 yaşlı gənc yüksək dozada narkotikdən öldü

Natiq İsmayılovun ölümü araşdırılır
 
Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc oğlan ölüb.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
A. Şərifzadə küçəsində yaşayan 1989-cu il təvəllüdlü İsmayılov Natiq Eynulla oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./report