Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı
19-09-2017 15:50

İki gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən saxlanılan dəstə üzləri arasında olan peşəkar futbolçu Nicat Muxtarov sərbəst buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, futbolçu polis idarəsindən buraxılıb.
Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.