​TRAMPın qırmızı düymədən istifadə edə bilməməsi dünyanı QORXUYA SALIB - VİDEO

ABŞ prezidenti Donald Tramp ilk dəfə BMT-nin qərargahına gəldiyi zaman ona mikrofonu tənzimlənməkdə yardım lazım olub. Əslində bu olay diqqətçəkən bir məsələ olmasa da, blogerlər, jurnalistlər və sosial şəbəkə istifadəçisi olan yüz minlərıə insan bunu tam fərqli şəkildə yorumlayıb
Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, insident Donald Trampın BMT-də ilk çıxışı zamanı baş verib. Müzakirənin əsas mövzusu Cənubi Koreya olub. Çünki Ağ Evlə Kim Çen In arasındakı gərginlik heç vaxt bu həddə çatmayıb və nüvə müharibəsi təhlükəsi bu qədər real olmayıb.
Belə bir məqamda Tramp insanlarda qorxu hissi yaradıb. Məlum olub ki, nüvə silahı çemodanına girişi olan bir isan düymədəki qırmızı indiqatorun nə olduğunu bilmir.
Videodan da aydın görünür ki, Amerika prezidenti BMT-nin baş katibi Antonio Quterrişə tərəf dönərək öz monitorunu göstərib soruşub ki, “Bu qırmızı düymə indi yanılı, yoxsa sönülü vəziyyətdədir?”