Usta qohumunun evində təmir apararakən ölüb: Elektrik cərəyanı vurub

Rauf Mehdi oğlunu elektrik cərəyanı vurub
 
Bakıda ev təmiri ilə məşğul olan usta bədbəxt hadisənin qurbanı olub.
Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, ev 22 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan qohumunun evində təmir işləri görən 45 yaşlı Rauf Mehdi oğlunu (soyadı dəqiqləşdirilir) elektrik cərəyanı vurub. Nəticədə Rauf Mehdi oğlu hadisə yerində dünyasını dəyişib.
Onun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.