Daşkəsəndə qadın intihara cəhd etdi - ÖZÜNÜ ASDI VƏ...
30-08-2017 09:14

Daşkəsəndə intihar cəhdi hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Aysel Abdullayeva yaşadığı evdə özünü asıb. Qadın yaxınları tərəfindən xilas olunaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
A. Abdullayevanın hansı səbəbdən intihara cəhd etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.