Prospektdə yaşlı kişini maşın vuraraq öldürüb - FOTO
30-08-2017 08:56

Hadisə Nəsimi rayonu ərazisində baş verib
Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi "90-ZR-927" dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobil vurub.
Piyada hadisə yerində keçinib. Sürücü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.