Polis maşını işıq dirəyinə çırpıldı, 2 POLİS YARALANDI
30-08-2017 08:53

Hadisə axşam saatlarında Öysüzlü kəndində baş verib
Gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti maşınının iştirakı ilə qəza baş verib.
Qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə avtomobilin sürətlə hərəkətdə olan zaman işıq dirəyinə çırpılması nəticəsində baş verib. Onların hər ikisi polis çavuşudur və vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.