Müsavat başqanı Vasif Talıbovun kitab siyahısına etiraz etdi

Arif Hacılı: "Ardınca yəqin oxunması məsləhət olmayan kitabların siyahısı təsdiqlənər"
 
Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamda başda  “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı olmaqla 30 kitabın adı qeyd olunub. Bu məsələyə etirazını bildirən Müsavat başqanı Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində status yazıb.
“Vasif Talıbov oxunması məsləhət olan (?) kitablar barədə sərəncam imzalayıb.
Ardınca yəqin oxunması məsləhət olmayan kitabların siyahısı təsdiqlənər. Ardınca o kitabların yandırılması kampaniyası başlayar, o kitabların müəlifləri həbs edilər…
Sovetlər Birliyi 37 ci ilə doğru bu cür gedirdi.”