Aydın Ağabəyov Latviyada beynəlxalq mükafata layiq görüldü - VİDEO, FOTO
29-04-2025 15:09
Baxış sayı:
373

Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini, WAKO kateqoriyalı hakim Aydın Ağabəyov 26-27 aprel 2025-ci il tarixində Latviyanın paytaxtı Riga şəhərində keçirilən beynəlxalq kikboksin çempionatı WAKO "2025 LATVİA OPEN" ədalət təmsilçisi kimi dəvət olunub.
Muxalifet.az xəbər verir ki, Aydın Ağabəyov turnirdə verdiyi ədalətli qərarlarına görə ən fəal hakim mükafatına layiq görülüb.
Aydın Ağabəyova mükafatı Latviya Kikboksinq Federasiyasının prezidenti Darja Strutinska təqdim edib.