Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir – CƏNUBİ KOREYA PREZİDENTİ ABŞ-a ÇAĞIRIŞ ETDİ

Baxış sayı:
3447

Şimali Koreya birbaşa və ya dolayısı ilə Rusiyanın Ukraynaya qarşı müharibəsində və HƏMAS-ın İsrailə hücumunda iştirak edir.
Bu barədə Cənubi Koreya prezidenti Yun Seok Yol bildirib.
“Yonhap” agentliyi Cənubi Koreya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb ki, Yun Seok Yol bunu Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin generalı Çarlz Braunla görüşü zamanı deyib.
Yun Cənubi Koreya və Amerikanın Şimali Koreyanın istənilən təxribatlarına, o cümlədən HƏMAS-ın taktikasını xatırladan qəfil hücumlara tez və qətiyyətlə cavab verə biləcək daha güclü müdafiə xətti qurmağa çağırıb.
O bildirib ki, Ukrayna-Rusiya müharibəsi və İsraillə HƏMAS arasındakı münaqişə həm birbaşa, həm də dolayı yolla Şimali Koreya ilə bağlıdır.
Ostin öz növbəsində ABŞ prezidenti Co Baydenin Cənubi Koreya-ABŞ müttəfiqliyini hər zamankındən daha çox gücləndirməyə sadiq olduğunu bildirib.