AZƏRBAYCANDA İDEOLOJİ BOŞLUQ - YAP-la ölkənin ideoloji təhlükəsizliyi heç vaxt təmin olunmayacaq

Baxış sayı:
5754

II YAZI
Çar Rusiyasının təhsil sistemi türk mənşəli müsəlman rəiyyətin övladlarına ancaq bunu təlqin ediridi: Keçmişin, tarixin bir zibil olmayıb, şahların, xanların arvadbaz, din xadimlərin cahil, əxlaqsız, siz rus qələm sahiblərinin sayəsində adam arasına çıxmışınız. Yerlərdə rus məmurları da əllərindən gələni beş qaba çəkirdilər. Orta Asiya müsəlmanlarının halına kafər də ağlayardı. Qərinələr boyu üsuli-idarə mütəmadiyən onları  o qədər alçaldıb təhqir etmişdir ki, binəvalar doğrudan da anadangəlmə naqis olmalarına da inanmışdılar. Orta məktəbdə qatı rus millətçiliyi ruhunda tərbiyə almış adi rus “alkaşı” özbəki, türkməni açıqdan-açığa təhqir eləməkdən çəkinmirdi. Biz bunların canlı şahidiyik.
Hərdən-birdən iş düşəndə bir-iki rəqs ansamblı ortaya çıxarıb gözə kül üfürərdilər, yəni bu xalqlar kefə baxırlar, narahatlığa əsas yoxdur.
Altı milyon ton pambıq verməlisən! Bu, Moskva irticasının bədbəxt  özbəkin qarşısına qoyduğu vəzifə idi. Dəhşətlisi bu idi ki, həm ölkənin olan-qalanı əlindən alınırdı, həm yetişən gənc nəslini zombiləşdirirdilər, həm də qədim millətə naqislik sindromu təlqin edirdilər, yəni rus buralara gəlməsəydi, siz elə mal kimi yaşayacaqdınız. 90-cı illərin əvvəllərində Kreml Özbəkistanda “təmizləmə” əməliyyatı apardı. Korrupsiyaya qarşı mübarizə bəhanəsi ilə Özbəkistanın demək olar ki göz qabağında olan bütün partiya, sovet məmurlarını soydular, heç bir qanuna riayət edilmədən, bütün məmurlardan soyulmuş var-dövlət, qalaq-qalaq bəzək şeyləri, nəğd pul, zərgərlik işləri telekanallarda göstərildi. Tüfeyli həyata öyrənmiş, boş vaxtını sərxoşluqla keçirən rus “obıvatelini” inandırdılar ki, sən SSRİ-də ən nəcib, ən zəhmətsevən xalqsan, bu qıyıq gözlü “aziatlar”, azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar naqis tayfadır, bunların əllərindən alverdən başqa heç nə gəlmir.
... Bolşeviklərin insanlıq simasını itirmiş əsl yırtıcı hərbi dəstələrinə qarşı kişi kimi vuruşmuş basmaçlara o ləkə qaldı ki, atmasınlar? Millətin qeyrət-namusunu, olan-qalan var-yoxunu qoruyan basmacdan monstr yaratdılar. Romanlar yazıldı, əbləhanə filmlər çəkildi. Bizim Rüstəm İbrahimbəyov da geridə qalmadı, o da ən mənhus  filmin “Səhranın bəyaz günəşi”nin ssenarsini yazıb rus şovinistlərindən yağlı “sağ ol”unu aldı.
Rejimlər dəyişilsə də rusun xisləti dəyişmədi. 1916-cı ilin müdhiş Türküstan qətlamının ört-basdır edilməsində kommunist ideoloqların müstəsna xidməti var. Bir milyondan çox türk mənşəli, türk dilli insan qətlə yetirildi. Sağ qalanlar min əzabla Çinə üz tutdu. Dədə Qorqudu gorbagor edib pul qazanan ədəbiyyat lotularının birinin də səsi çıxmadı. Hələ indi də danışmırlar...
Təbliğat maşını da işləyirdi. Rus şovinisti 1880-ci illərdə məruz qaldığı biabırçı məğlubiyyətin əvəzini sovet hakimiyyəti dövründə aldı. Onda igid türkmənlər Göy-təpə savaşında Moskva ideoloqlarının tərifləyib göyə qaldırdıqları general Skobelova yaxşı qulaqburması verib ondan 8 bayraq almışdılar. Bu hərb sənəti tarixində böyük hadisə idi. Sovet hakimiyyəti dövründə Moskva Türkmənistanın belinə elə planlar qoymuşdu ki, onları indi öyrənəndə adam dəhşətə gəlir. Millət hər cəhətdən deqredasiyaya məruz qaldı, o məşum illərin bir qədər şahidiyəm, zavallı türkmən göz qabağında sər-sifətdən də düşürdü.
...Azərbaycanda elə məktəb yox idi ki, onun divarlarında rus sərkərdələrinin, qələm sahiblərinin  portretləri asılmayaydı. Hamısını da dahi, əvəzolunmaz, humanist, demokrat düşüncəli xadim kimi təbliğ edirdilər. Azərbaycanlı gənc millətin hərb sənəti tarixindən tam bixəbər idi. Eldəgiz, Səfəvi sərkərdələrinin, döyüş meydanlarında ad qazanmış bahadırların qəhrəmanlıqlarından ona iki kəlmə söz deyən olmadı. Bir tərəfdən fars köpəkləri, bir tərəfdən də kommunist yaramazlar həqiqətin ağzına daş basdılar. Sovet hakimiyyəti illərində də iblisanə fənd işlədildi, qədim dövr üzrə işləmək vaxt, həm də zəhmət tələb edirdi. Ortada isə asan yol göstərildi, beşillik planlardan, partiyanın milli siyasətindən bas bağla, marksizm-leninizm klassiklərindən çoxlu sitatlar gətir, qalırdı rəhbərliyin qarşısında vaxtında reverans etmək, vəssalam. Çox keçmirdi ki, olurdun, ya namizəd, ya da doktor, maaş, iş də öz yerində. Belə müəllimin yetişdirdiyi gənc üçün ən nüfuzlu yazar ya Əli Vəliyev, ya İlyas Əfəndiyev, ya da Süleyman Rəhimov idi. Nadir şahın Hindistan füthütatı, şah Abbas Səfəvinin dahiyana hərbi manevrləri, əfsanəvi qorçu alayının vəsfəgəlməz hərbi şücaətləri Məhəmməd Cahan Pəhlivanın əməlləri və s. bu kimi vaqiələr zülmət içində qalmışdı.
Sovet təhsil sistemi elə qurulmuşdu ki, bir türk övladı, bir özbək, bir qırğız bütə döndərilmiş rus sərkərdələri, adlı-sanlı adamları barədə heç nə bilməzdi. Azərbaycanlı balası haradan biləydi şəkili məktəbində asılmış A.Suvorov kimi türkün, müsəlmanların amansız düşməni tək-tük olub. Bu qaniçən cəllad (1730-1800-cü illər) Dunay boyunda, Polşada, şimali Qafqazda o qədər günahsızın qanını töküb ki, indi bunları yazanda çoxu inanmır. Polşa xalqı onu lənətlə anır! Salavat Yulayevin üsyanı qan selində boğulanda, müsəlman obalarında, kəndlərdə bir uşaq da qətldən qurtulmadı. Rus zabitləri sağ qalanları qul kimi aparıb mülkədarlara satırdılar. İllər boyu murdar sovet tarixində alçaldılan həqarətə məruz qalan biz olmuşuq. Adı ilə ordenlər təsis edilənlərdən sonra kimin hünəri vardı Suvorovun bəd əməllərini açıqlayaydı? Lev Tolstoyun yoldan çıxarıb yatağına saldığı kəndli qız-gəlinin sayı bilinmir. Bu şorgözü, Lenin rus inqilabının güzgüsü adlandırmışdı. Rus poeziyasının günəşi sayılan Puşkinin durub-oturduğu qadınlar barədə elə murdar, biədəb şeirləri qalıb ki, onları bir mədəni adam nə dilinə gətirər, nə qələmə alar. Mən hələ Nekrasovdan, Dostayevskidən danışmıram. Azərbaycan gənci onu da bilməlidir ki, ona büt kimi təlqin edilən Puşkinin qumar borcunu imperator I Nikolay vermişdi. Borc da az deyildi, yüz min manatdan çox, o illər üçün bu nəhəng məbləğ idi.
İstər çar, istərsə də kommunist üsuli-idarəsinin ruslaşdırma, assimilyasiya siyasətinə qarşı duran xalqın yeganə silahı, sipəri onun dini, imanı, əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri, əxlaq qanunları idi. Rus-sovet irticası məhz bunları vurmaq üçün daxildəki nökərlərindən istifadə etdi. Kim idi bu nökərlər? İlk illərdə Allahsızlar ittifaqının fəalları komsomolçular, “donosbaz” firqəçilər  və ərəb əlifbası ilə yazılmış kitabları tonqallarda yandıranlar. Səməd Vurğun sevinə-sevinə yazırdı, “xəbər göndərilsin Ərəbistana, tonqalda yandırdı anam Quranı”! Bu adamlar Üzeyir bəyin əsərlərinə də əl gəzdirdilər, lüzumsuz yerə “Dəli Kür” filminə ən mənhus, ən murdar epizod salaraq milləti rüsvay etdilər, Nizamini, Nəsimini gorbagor etdilər...
Yüzlərlə tarixi abidə göz qabığında məhv ediləndə, İçəri şəhərdə yadelli bayraqlar dalğalananda birinin də cınqırı çıxmadı.
...Rusiyanın bir qələm yiyəsi digər millətlərə dahi kimi sırıdığı bir soydaşını heç vaxt alçaltmayıb, bildiklərini yazmayıb, xalqının şərəfini qoruyub. Xalqımın tarixinə, dininə, imanına, adət-ənənələrinə bizim komsomolçu, kommunist haramzadalar qədər heç bir pravoslav, katolik xadim çirkab atmayıb. Ölənə qədər öz doğma dilində təmiz danışa bilməyən Eldar Quliyev onun əməllərinə qarşı çıxanları ittiham edirdi ki, guya onlar ədəbiyyatı bilmirlər. Düşünmək olardı ki, o fars dilini rəhmətlik Rüstəm Əliyevdən qat-qat yaxşı bilib, illərlə qədim məxəzlər içində işləyib.
...Gədalığı da estafet kimi nəsillərə ötürmək istedadımıza söz ola bilməz. “Cavad xan” filmini lap yuxarıda nümayiş etdirmişdilər.  Əli Həsənovun aftafa gəzdirənlərindən birinin sözləri ömrüm boyu yadımdan çıxmaz: “Firuz müəllim, göstərirlər ki, guya biz ruslara qarşı belə vuruşmuşuq, əsgərlərini öldürmüşük... belə şeyləri buraxıb rusların könlünə toxunmaq olmaz, biz onların sayəsində adam olmuşuq, mədəniyyətə çatmışıq. Belə kinolar siyasətimizə ziddir...”. Səhv eləmirəmsə, mən bu barədə bir dəfə yazmış, bu nadanın adını, soyadını da vermişdim. Sonra eşitdim ki, bu danabaşı YAP-ın aparatına keçiriblər.
... Mən şəxsən sabahımız üçün çox narahatam. İdeoloji iş bərbad gündədir. Anarın təstdarları, YAP-ın belə nadanları ilə çox uzağa gedə bilməyəcəyik.
Kiçik bir ricət Yaşadığım yeni Əhmədlidə illərdir müxtəlif sektaların, ən mənfur missioner qurumların fəalları bloklara soxulur, qız-gəlini yoldan çıxarırlar. Dəfələrlə yazmışam... Ən çox həyasızlıq edən “Yəhova şahidləri” adlanan  qurumdur. Xətai rayonun icra aparatı ilə nə qədər çalışsam da əlaqə yarada bilmirəm, bir məmuru nə görmək mümkündür, nə danışmaq. Eşitdiyim söz də budur, bu bizlik deyil. YAP-ın yuxarı eşalonunda oturanlar yəni bu qədər cahildirlər ki, “Yəhova şahidlərinin” bütün ölkələrdən it kimi qovulduğunu, onların ancaq bizim rüşvət içində çapalayan vətənimizdə meydan suladıqlarını bilmirlər
Firuz HAŞIMOV