“SAAKAŞVİLİNİN RUS DİVERSİYA QRUPU HAQDA MƏLUMATI VARSA…” - Kobaxidze eks-prezidentin açıqlamasına reaksiya verdi

Baxış sayı:
5517

“Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin silahlı rus diversiya qrupunun Gürcüstan ərazisinə soxulması ilə bağlı bəyanatını şərh edib.

Hakim partiyanın lideri bildirib ki, əgər Saakaşvilinin cinayətlə bağlı hər hansı məlumatı varsa, o, istintaq orqanları ilə əməkdaşlıq etməlidir.

“Mixail Saakaşvilinin səsləndirdiyi məlumatlara gəlincə, əgər onun cinayətlə bağlı məlumatı varsa, təbii ki, dövlət maraqlarından irəli gəlirsə, o, müvafiq orqanlarla əməkdaşlıq etməlidir. Biz onun bu cür açıqlamalar verməsinə öyrəşmişik. O, ümumiyyətlə, verdiyi açıqlamalara görə o qədər də məsuliyyət daşımır. Ona görə də belə bir bəyanatı ciddi qəbul edə bilmərik.

Amma onun cinayətlə bağlı məlumatı varsa, xoş niyyət nümayiş etdirsin və istintaq orqanları ilə əməkdaşlıq etsin”, - deyə İrakli Kobaxidze bildirib.