Rusiyada qadınlar da müharibəyə cəlb edilir – SON NƏFƏRƏDƏK MÜBARİZƏ…
Dövlət tərəfindən dəstəklənən və hərbi kəşfiyyatla əlaqəli olan Rusiyanın özəl hərbi şirkəti (PMC) “Redut” Ukrayna cəbhəsinə göndərilmək üçün qadınları işə götürür.
Bu barədə İngiltərə Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.
Söhbət Rusiyada “Borz” batalyonunun formalaşmasından gedir. O, çox güman ki, Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi (GRU) tərəfindən birbaşa maliyyələşdirilən “Redut” PMC-nin bir hissəsidir.
Son zamanlar belə bir quruma qadınların cəlb edilməsi halları qeydə alınır. Sosial şəbəkələrdəki elanlar qadınları snayper və dron operatoru kimi işləmək üçün batalyona qoşulmağa təşviq edir.
Britaniya kəşfiyyatı xatırladır ki, bu ilin martında Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Ukraynaya 1100 qadının göndəriləcəyini bəyan edib, bu da Rusiya ordusunun şəxsi heyətinin cəmi 0,3 faizinə bərabərdir.
“Onlar hazırda əsasən tibbi xidmət və ictimai iaşə funksiyalarını yerinə yetirirlər”, – nəşr yazır.
Britaniyanın müdafiə nazirliyi əlavə edib ki, Rusiya rəsmi müdafiə qüvvələrinin “qadınlara daha çox döyüş rolu açmağa cəhd edib-etməyəcəyi” məlum deyil.