NYU-YORKDA ƏRDOĞANLA GÖRÜŞƏ AXISXA TÜRKLƏRİ DƏ QATILDI - Fotolar

Baxış sayı:
3751

Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan məşhur “Turkish House”da (Türkevi) Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan Türkiyə və Amerika vətəndaşları olan türklərlə görüşüb.

Qafqaz.media xəbər verir ki, görüşdə Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Amerika Nümayəndəliyini başqanı Şuhrat Temirovun rəhbərliyi ilə Filadelfiya, Lankaster və Hagerstaun şəhərlərindən gələn dərnək rəhbərləri və İdarə Heyətinin üzvləri də iştirak edib.

Görüşdə prezident Ərdoğana DATÜB ABŞ Nümayəndəliyinin rəhbəri Şührət Temirov tərəfindən Axısxa məscidi və Axısxa qalasının yağlı boya ilə işlənmiş tablosu hədiyyə edilib. Ş.Temirov DATÜB Başqanı Ziyəddi Kassanovun və Amerikada yaşayan Axısxa Türklərinin salamlarını da prezident Ərdoğana çatdırıb.

Görüşlə bağlı düşüncələrini “Ahıska” qəzeti ilə bölüşən Ş.Temirov, “Bizimlə görüşdə iştirak edən Filadelfiya, Lancaster, Hagerstowndan olan hörmətli dərnək başçılarımıza və İdarə Heyəti üzvlərimizə, xüsusilə Levent Əli Yıldız bəyə təşəkkür edirəm. Ayrıca, yağlı boya ilə işlənmiş gözəl tablomuzun hazırlanmasında əməyi olan iş adamı Rüstəm Suvanidzeyə də təşəkkürümüzü bildiririk”, - deyə vurğulayıb.